Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bu ticari ələqəyə də son verilməsi Rusiya üçün ağır nəticələrə səbəb ola bilər"
Tarix: 02-02-2016 | Saat: 15:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Bu ticari ələqəyə də son verilməsi Rusiya üçün ağır nəticələrə səbəb ola bilər"


Ankara buğda idxalını dayandırmaqla Rusiyaya ciddi ziyan vura bilər.
Xəbəraz.az anspress-ə istinadən bildirir ki, bu sözləri Türkiyənin Kənd Təsərrüfatı naziri Faruk Çelik deyib. Onun sözlərinə görə, Türkiyənin buğda idxalını dayandırması Rusiya iqtisadiyyatının 1 milyard dollardan çox zərər çəkməsi ilə nəticələnə bilər.

"1 yanvar 2016-cı il tarixindən Rusiya tərəfi Türkiyədən meyvə və tərəvəz ixracatını dayandırıb. Bu ölkənin il ərzində Türkiyədən 750 milyonluq meyvə-tərəvəz aldığı halda, hazırda biz onlardan 1 məhsul, buğda alırıq ki, bu da 1.1 milyard dollar təşkil edir. Bu ticari əlaqəyə də son qoyulması Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Lakin biz bunu etmirik, biz səbirli davranırıq", - deyə nazir bildirib.

Çelik onu da əlavə edib ki, iki dövlət arasındadakı münasibətlərdən fermerlər əziyyət çəkməməlidir.

Hazırda Türkiyə və Rusiya arasında gərgin vəziyyət davam etməkdədir. Ötən ilin noyabrında Rusiyaya məxsus Su 24 təyyarəsinin Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulmasından sonra münasibətlər kəskinləşib. Rusiya tərəfi Türkiyəyə çox saylı sanksiyalar tətbiq edib. Bu sanksiyalara əksər türk şirkətləri, bu ölkədən gələn kənd təsərrüfatı məhsulları, sənaye məhsulları və s daxildir.

Bundan başqa iki ölkə arasında daha bir qalmaqalı vəziyyət yaranıb. Buna səbəb Ruysiyaya məxsus daha bir təyyarənin Türkiyə hava məkanını pozması olub. Yanvarın 30-da Rusiyaya məxsus "Su 34" təyyarəsi Türkiyə tərəfinin etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq, ölkənin hava sərhədlərini pozub.

Rusiya Müdafiə nazirliyi bu faktı təsdiqləmir.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
24-11-2015, 00:31 Qubada qəribə oğurluq

bütün xəbərlər
____ Instagram ___