“Sabiq nazir müavini vəfat etdi
Tarix: 31-01-2016 | Saat: 00:55
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib.
Xəbəraz.az modern.az-a istinadən xəbər verir ki, 84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona - Qəbələyə aparılıb. Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.
Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.
X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib.
2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.
X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.
Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət «Bələdçi» adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

11-05-2016, 13:26
ATƏT cəbhə xəttində monitorinq keçirdi
24-12-2015, 12:09
Yanğınsöndürən özünü pəncərədən atdı (VİDEO)
5-02-2019, 10:24
““Formula 1” 2023-cü ilə qədər Bakıda keçiriləcək”
4-10-2019, 15:27
Azərbaycanlılar təxribatçı ermənilərin səhifəsini bağlatdırdı - FOTO
9-08-2023, 17:23
Amerikada şəhər meri balıq ovuna çıxdı, milyon dollar dəyərində kokain “tutdu” - FOTO
27-10-2016, 20:54
Azərbaycanda ağacı kəsmədən yol çəkdilər - VİDEO
4-03-2016, 10:01
Banklarda yerləşdirilmiş əmanətlərin aqibəti necə olacaq? – MİSALLAR
16-02-2023, 14:53
Xoşqədəmdən yığılan müalicə pulunu verməməyi ilə bağlı iddialara CAVAB
7-05-2016, 16:51
Bacısını öldürmək istəyən şəxsə hökm oxunub
25-12-2016, 20:18
İlyas Tapdıq vəfat edib