Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akademiyada korrupsiya faktları aşkarlandı
Tarix: 08-04-2015 | Saat: 14:06
Bölmə:M / Gündəm / M2 / Araşdırma | çapa göndər

Akademiyada korrupsiya faktları aşkarlandı
AMEA-nın Hüquq təminatı şöbəsinin rəhbəri deputat Yaqub Mahmudovun fəaliyyətini kəskin tənqid edib Hesablama Palatası: Sənədlər saxtalaşdırılıb, büdcə vəsaitləri talanıb, invetarlar köhnə adı ilə silinib
“Milli Elmlər Akademiyasının bir neçə institutunda kargüzarlıq və kadr işlərində ciddi nöqsanlar aşkarlanıb”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının hüquq təminatı şöbəsinin rəhbəri Rasim Ağasiyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə akademiyanın elmi müəssisələrinin Direktorlar Şurasının birgə iclasında çıxışı zamanı deyib. R.Ağasiyev Zoologiya İnstitutunda kadr sahəsindəki vəziyyətin acınacaqlı olduğunu bildirib: “İyuldan bu yana işçilərlə əmək müqaviləsi bağlanmayıb. Daha sonra bu il yanvarın 26-da bir işçinin altı gün işə çıxmadığını əsas gətirərək əmək intizamını pozduğuna görə onun maaşından tutulması barədə qərar qəbul edilib. İşçinin 5 yanvarda işə çıxmadığı qeyd olunub, halbuki 5 yanvar bazar gününə təsadüf edib. Digər tərəfdən, əgər bir işçi 6 gün işə çıxmırsa, qanunvericiliyə uyğun olaraq vəzifədən çıxarılmalıdır. Belə əmrlər həddindən artıq çoxdur”. R. Ağasiyevin sözlərinə görə, oxşar problemlər AMEA-nın digər institutlarında da baş verib: “Fizika İnstitutunda işçilərlə əmək müqavilələri bağlanmır, müdir bu sənədi imzalamır. Bu institutda əmək qanunvericiliyindəki 33-cü maddəyə istinad edirlər, amma hələ də bilmirlər ki, dövlət qulluqçuları ilə bağlı göstərilən 33 maddənin akademiyaya heç bir aidiyyəti yoxdur. Çünki Milli Elmlər Akademiyasının işçiləri dövlət qulluqçusu sayılmır. Fizika İnstitutu ümumiyyətlə, hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Tarix İnstitutunda da vəziyyət çox acınacaqlıdır. Yüzlərlə ərizə dəftərxanada qeydə alınmayıb, dərkənar edilməyib, amma icraya yönəldilib. Ərizələr qeydə alınmadan əmrlər verilir. Əmək qanunvericiliyin tələbləri kobud sürətdə pozulur. Dəftərxana müdiri iki ayrı şöbədə işləyir. Bu kimi faktlar həddindən artıq çoxdur”.

Hesablama Palatası da Milli Elmlər Akademiyasında müxtəlif sahələr üzrə ciddi maliyyə nöqsanları aşkarlayıb, bununla bağlı qurumun rəhbərliyində təmsil olunan 4 nəfər cəzalandırılıb.
APA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, Akademiyanın İşlər idarəsində növbəti illər üçün proqnoz rəqəmləri hazırlanarkən bəzi hallarda qanunvericiliyin tələbləri gözlənilməyib, cari və növbəti illər üzrə maliyyə təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, zərurət olmadan proqnoz rəqəmləri artırılıb, bir sıra xərc maddələri üzrə proqnozlar yalnız əvvəlki illərin baza göstəriciləri əsas götürülməklə tərtib edilib.

AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarında qurumun mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində dəyişiklik edilməsi nəzərdə tutulduğu halda təsdiq olunmuş ştat cədvəli üzrə ştat vahidlərinin ümumi sayı artırılıb, maddi yardımların ödənilməsi ilə bağlı vəsait nəzərdə tutulmadığı halda ayrı - ayrı işçilərə bu məqsədlə vəsait ödənilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarının tələbləri gözlənilmədiyindən aspirantlar üçün yataqxanada istehlak olunan içməli suya və çirkab suyun axıdılmasına görə, həmçinin kommunal xidmət göstərilmədiyi halda təşkilata təkrar olaraq təqdim olunmuş hesab fakturaya əsasən, artıq büdcə vəsaiti ödənilib.

Təmir işləri zamanı bəzi hallarda sifarişçi və podratçı tərəfindən müqavilə dəyərinin hesabat cədvəlində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədlər tərtib edilməyib, satınalma müqaviləsi bağlanan zaman layihə smeta sənədləri və obyektin ehtimal olunan qiyməti müəyyən olunmayıb, bir halda əsaslı təmir işləri üçün bağlanmış müqavilə üzrə iş həcmlərinin artırılması müəyyən olunub, aspirantlar yataqxanası və açıq tipli dayanacaq obyektində cari təmir işlərinin nəzarət ölçü qaydasında auditi zamanı bəzi işlərin faktiki olaraq yerinə yetirilmədiyi müəyyən olunub. Mühasibat uçotunun təşkili və aparılması müvafiq standartlara uyğun təmin edilməyib, aktivlərə amortizasiya hesablanması və uçotdan silinməsi müvafiq qaydalara uyğun həyata keçirilməyib.

Palatanın Kollegiyası auditin nəticələrini müzakirə edərək aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün AMEA-ya göndərilib. Nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib. Yoxlamanın nəticələri üzrə aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə AMEA İşlər İdarəsi tərəfindən 28600,1 manat məbləğində vəsaitin dövlət büdcəsinə və audit dövründə çatışmazlığı müəyyən olunmuş ümumi dəyəri 48155,1 manat təşkil edən 2 ədəd avadanlığın natura şəklində bərpası, 29082Ş5 manat dəyərində əlavə təmir işlərinin görülməsi, 1947290,0 manat məbləğində debitor borcun bağlanması, əsas vəsaitlərə tətbiq edilən amortizasiya normalarının tələblərinə mühasibatlıqda riayət olunmaması nəticəsində artıq hesablanmış 27605,6 manat köhnəlmənin (amortizasiyanın), istismar müddətini başa vurmadan (qalıq dəyəri olduğu halda) uçotdan silinmiş, lakin faktiki mövcud olan 18001,3 manat dəyərində əsas vəsaitlərin müvafiq mühasibat yazılığı verilməklə uçota bərpası təmin edilib. Nöqsanlara yol vermiş 4 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən idarənin müdir müavininə, baş mühasibə və bir şöbə müdirinə töhmət elan edildiyi, bir şöbə müdirinin vəzifədən azad edildiyi bildirilib.



4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___