Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev: “Məmurların kabinetlərində yerli mebellər olmalıdır”
Tarix: 26-01-2016 | Saat: 21:42
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev: “Məmurların kabinetlərində yerli mebellər olmalıdır”
“Bütün dövlət məmurlarının kabinetlərinndə yerli mebellər olmalıdır”.

Xəbəraz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bizdə onlarla mebel şirkəti var, istehsal edirlər. Amma bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Bizim mebelərin keyfiyyəti başqa meballərdən fərqlənmir. Amma məmurlar “Bu Azərbaycan malıdır, özümə rəva bilmirəm. Mənim mebellərim gərək İtaliya, Rumıniya mebelləri olsun” deyirlər. Buna son qoyulmalıdır. Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır”.

BU ORQANLAR YOXLAYACAQ

Azərbaycan Prezidenti sözlərinə belə davam edib:

“Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar buna nəzarət etməlidirlər. Təkcə mebeldən söhbət getmir. Digər mal-materiallar alınanda da! Nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda müşavirədə ayaqqabı göstərdilər ki, baxın görün, Azərbaycanda necə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Nə üçün? Bu sahə ciddi nəzarət altında olmalıdır. Beləliklə biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək”.

Qeyd edək ki, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev məmurlara Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobilləri almağı tövsiyə edib.


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___