Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin Türkiyəni hədələdi (VİDEO, FOTO)
Tarix: 26-01-2016 | Saat: 00:36
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Putin Türkiyəni hədələdi (VİDEO, FOTO)
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı yeni sanksiyaların anonsunu verib. ANS PRESS-in məlumatına görə, bu barədə ölkə başçısı Stavropolda keçirilən regionlararası forumda bildirib.

Putin Rusiya inşaatçılarının türklərin yerinə təxminən 87 min iş yerini əvəz edə biləcəklərini qeyd edib. "Amma onların bu işə hazır olmaları lazımdır. Həm də hər şeydən əvvəl peşəkar nöqteyi-nəzərdən hazır olmalıdırlar. Yəni daha yaxşı işləməlidirlər", - deyə Putin əlavə edib.


Vladimir Putinin Stavropolda keçirilən regionlararası forumda çıxışı

Bu gün 300 türk şirkəti Rusiyada təxminən 50 milyard dollar məbləğində müqavilələr bağlayıb: "Biz qüvvədə olan müqavilələri dayandırmamağa qərar verdik, çünki bu yalnız türk hakimiyyətinin hərəkətlərinə cavab olmayacaq, həmçinin bizim özümüzə müəyyən zərər gətirə bilər. Amma türk podratçılarıyla yeni müqavilələr artıq olmayacaq".



Dövlət başçısı xatırlatdıb ki, türk inşaatçılarının fəaliyyətinin məhdudiyyəti haqqında qərarlar Suriyada Rusiya “Su-24” təyyarəsinə hücumdan sonra qəbul edilib.

"Türk rəhbərliyi bizim təyyarəmizi vurmaqla böyük səhv etdi, həm də yerdə sanki müdafiə olunurdular bizim pilotumuzu güllələdilər. Bu hərbi cinayətə çox dözdük", - deyə Putin bildirib.



"Əgər biz bəzi Avropa ölkələrinin dağıdıcı təsirlərinə cavab olaraq ərzaq mallarının bizim bazara çatdırma məhdudiyyəti haqqında qərar qəbul etdiksə, bu, hər şeydən əvvəl bazarı xarici nüfuzdan azad etmək üçündür. Bu, tamamilə əsaslı şəkildə edilib, hətta Ümumdünya Ticarət Təşkilatının qaydaları nöqteyi-nəzərindən doğru addımdır", - deyə Putin əlavə edib.



Qeyd edək ki, Moskva və Ankara arasındakı münasibətlər ötən il noyabrın 24-də türk hava qüvvələrinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurduqdan sonra kəskinləşib. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.

Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir. Nəticədə Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama görə, 2016-cı il yanvarın 1-dən etibarən Türkiyədən Rusiyaya ixrac olunan tərəvəz, meyvə, dondurulmuş quş əti və duz idxalına qadağa qoyulub.Həmçinin 1 yanvar 2016-cı ildən Türk vətəndaşlarına Rusiyaya vizasız səyahət rejimi də ləğv edilib.


Rusiya təyyarəsinin vurulduğu yerxəritədə


Xəbəri paylaş

7458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___