Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməniləri Qarabağ təşvişinə salan sessiya başlayır (VİDEO)
Tarix: 26-01-2016 | Saat: 00:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Erməniləri Qarabağ təşvişinə salan sessiya başlayır (VİDEO)

Assambleyasının qış sessiyası keçiriləcək.

Fəlsəfə elmləri doktoru, Böyük Quruluş Partiyasının sədri, Parlamentin İnsan Hüquqları Komitəsinin və AŞPA-nın Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa “Nəzər Nöqtəsi”nin suallarını cavablandırıb.

- Tezliklə Avropa Şurası Parlament Assambleyasının qış sesiyası keçiriləcək. Bu qış sesiyasında hansı gözlətilər var.

- İlk öncə qeyd edim ki, bu ilin noyabr ayında parlamet seçkiləri keçirildi. Seçkilərdən sonra Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin tərkibində müəyyən dəyişikliklər oldu. Məhz sessiyada birinci olaraq nümayəndə heyətinin səlahiyyətinin təsdiqi məsələsi durur. Bu məsələ sessiyada öz həllini tapacaq. Yeni tərkibdə üç dəyişiklik var. Hesab edirəm ki, bu dəfəki kollektivin fəaliyyəti də uğurlu olacaq. Ötən gün Milli Məclisin sədri, hörmətli Oktay Əsədovun iştirakı ilə müşavirə keçirildi. Müşavirədə bu məsələr müzakirə edildi. Yeni heyətin də fəaliyyət istiqamətləri orada bir daha dəqiqləşdirildi.

Sessiyada Azərbaycan üçün önəmli olan bir neçə məsələ var ki, bu da gündəmdə olacaq. Digər ən vacib məsələlərdən biri də Parlament Assambleyasına yeni prezidentin seçilməsidir. Belə ki, indiki mövcud prezident Ann Brosserin səlahiyyət müddəti başa çatır. Onun yerinə isə başqa siyasi qruplarda, çox güman ki, Xalq Partiyasından, franksiyanın lideri Pedro Aqramuntun namizədliyi irəli sürüləcək.

– Yalnız bir namizəd var?

– Xeyir, bir neçə namizəd ola bilər. Ötən dəfə iki - Volterlə və Brosserin namizədliyi irəli sürülmüşdü. Brosserin namizədliyi Liberal qrupdan verilmişdi. Volter isə daha çox müstəqil namizəd kimi irəli çıxmışdı. Brosserin namizədliyi uğur qazandı, seçildi.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___