Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident: "Lenini basdırmaq lazımdır" - Video
Tarix: 25-01-2016 | Saat: 15:09
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident: "Lenini basdırmaq lazımdır" - Video

Vladimir İliç Leninin Mavzoleydə olan nəşini basdırmaq lazımdır.

Xəbəraz.az-in məlumatına görə, belə fikirlə İnquşetiyanın dövlət başçısı Yunusbəy Yevkurov çıxış edib.

"Mən mömin bir insan kimi hesab edirəm ki, Leninin meyitini istənilən bir insan kimi basdırmaq lazımdır. Axı o da bir insan olub", - deyə Yevkurov bildirib.

İnquşetiya prezidenti qeyd edib ki o, insanların Leninin cəsədini Mavzoleydə görmək istədiklərini başa düşür. "Məndə çox şey istəyirəm", - deyə Yevkurov əlavə edib.

Yanvar ayının 21-də Rusiya Prezidenti Vladimir Putin də ölkənin Elm və Təhsil Şurasının iclası zamanı Lenin haqda fikirlər səsləndirib. Putin Leninin hakimiyyətdə olduğu dövrdə Rusiyanın altına "atom bombası" qoymaqda ittiham edib.

Vladimir Putin Kurçatov İnstitutunun direktoru Mixail Kovalçukun Boris Pasternakın “Yüksək xəstəlik” poemasında Lenin haqda bəhs edən hissədən sitat gətirməsinə şərh verərkən Leninin səhvləri barədə danışıb.

“Fikir axınını idarə etmək lazımdır - bu düzgündür, amma bu faydalı nəticələrə gətirib çıxarmalıdır. Vladimir İliçdə olduğu kimi pis yox. Yekunda bu fikir Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Orada belə fikirlər çox idi: muxtarlıq və s. Rusiya adlanan binanın altına "atom bomba"sını qoydular və sonra o partladı. Dünya inqilabı da bizə lazım deyildi”, - deyə Putin bildirib.

Vladimir İyliç Lenin 22 aprel 1870-ci ildə doğulub, 21 yanvar 1924-cü ildə dünyasını dəyişib. Leninin mavzoleyi onun ölümündən qısa müddət sonra, 1924-cü ildə açılıb. Leninin ilk məzarı taxtadan hazırlanıb və ora giriş məhdudiyyəti olub. Tezliklə arxitektor Şusevin layihəsi əsasında yeni Mavzoley ucaldılıb. Mərmərdən olan 3-cü və sonuncu Mavzoley isə yenə də Şusevin layihəsi əsasında 1930-cu ildə tikilib.

91 ildir dünyasını dəyişən Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır.

SSRİ-nin qurucusunun hamam günü 2 ay sürür. Vladimir İliç Leninin mumiyalanmış nəşi üzərində Ümumrusiya Dərman və Aromatik Bitkilər İnsititutu mütəxəssilərindən ibarət qrup işləyir.

Leninin nəşinin sonuncu yuyulması ötən il fevral ayında baş tutub. Bununla bağlı 16 fevraldan 16 aprelə qədər Mavzoleyin qapıları ziyarətçilərin üzünə bağlı olub.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___