Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliyevdən yeni əfv sərəncamı
Tarix: 07-04-2015 | Saat: 22:06
Bölmə:M / Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

Əliyevdən yeni əfv sərəncamı

Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları" öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılır.

Xeberaz.az ANS PRESS-ə isdinadla xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Modern.az saytına açıqlamasında məlumatlara aydınlıq gətirib:

“Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.

Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir:

“Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Modern.az-a açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.

Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___