Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zahid Oruc bu dəfə icra başçılarını biabır etdi: Küçələrin yenidən təmirini sahibkarlara "yükləyirlər"
Tarix: 17-01-2016 | Saat: 01:59
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Zahid Oruc bu dəfə icra başçılarını biabır etdi: Küçələrin yenidən təmirini sahibkarlara "yükləyirlər"
"Ölkədə ən qəribə hallardan biri də, yeni gələn icra başçılarının köhnə icra başçılar tərəfindən həyata keçirilən tikintiləri bəyənməyərək söküb, yenidən "tikməyə" başlamasıdır...

Bu hal demək olar ki, ölkənin bütün rayonlarını əhatə edir. Ölkədə hər yeni gələn icra başçısı gedənin dədəsinə rəhmət oxutdurmaqla məşğuldur. İcra başçısının dəyişikliyinin əziyyətini ən çox rayonun sahibkarları çəkir. Yolların, səkilərin və küçələrin yenidən təmirini imkanlı şəxslərə və sahibkarlara "yükləyirlər"".

Xəbəraz.az xəbər verir ki, Bu sözləri millət vəkili Zahid Oruc Ölkə.Az-a açıqlamasında bildirib:

"Heç kimə sirr deyil ki, icra hakimiyyətlərinin yerləri dəyişəndə rayon sahibkarlarının durumu xeyli müddət ağırlaşır. Hər gələn icra başçısı özünə yaxın firmanın alkoponunu qoltuğuna vurub gəlir. Rayonda "tikintilər" təzədən başlanır. Obyektlər sökülür, yeni başçının natamam zövqünə uyğunlaşdırılmağa başlanılır.

Əgər şəhərin arxitekturası və planlaşdırılmasında qüsurlara yol verilibsə,onda həmin adam başqa bir rayona necə təyin olunur? Yox, hər şey normaldırsa,onda əvvəlki dövrdə qurulmuş səkiləri bir az da uzat və onu irəliyə apar. Axı keçmiş rəhbərlik başqa bir partiyanı təmsil etmirdi və yaxud fərqli dinin daşıyıcısı deyildi. Bütün kollektiv köhnə direktoru, baş həkimi söyməyə vadar ediləndə idarəetmədə varislik yarana bilmir. Hamı saxtakarlığa vadar edilə bilməz axı. Əgər adam cinayət törətməyibsə, onu gül-çiçəklə yola salın və mühüm bir ənənə yaransın ki, hər gələn muzeyləri, parkları söküb yenidən "tikməsin". Hansısa müəssisədə gedib keçmiş başçıların şəkillərini tapa bilərsizmi? Özü də dünənki günə qənim kəsilib hikkəsini və mənəmliyini ortaya qoyan yeni rəhbər bütün rayonda apardığı söküntü zamanı dövlət rəhbərliyinin əvvəlki başçılarla olan şəklini də təzə arxitekturaya uyğun görmür. Buna nə ad vermək olar?

Üstəlik, söküntülərin altında qalan keçmiş tarix və ona çəkilən xərcləri hansı hesablama sisteminə yazacağıq?

Ölkə rəhbəri I Pyotrun siyasətindən də möhtəşəm bir ənənə formalaşdırdı - dünyada gördüyün qabaqcıl nümunələri gətirib Azərbaycanda tətbiq etməlisən, ən yaxşı standartı gerçəkləşdirməlisən, gedib onu Avropa ölkələrində praktiki olaraq öyrənməlisən. Yoxsa xarici ezamiyyələrdə qazandığın pulları xərcləyib buraya mədə acı kimi qayıdanda Barokko üslublu, yaxud qırmızı kərpiclərlə döşənmiş yolları və canlı insan kimi nömrələnmiş pasportlu ağacları görməyə vaxtınız olmayanda gəlib burada Ulu öndər tərəfindən yaşıllıq məkanına çevrilmiş bir ölkənin təbii sərvətlərini qırmağı tətbiq etməkdən başqa nə çarə qalır?

Son müşavirədə prezident İlham Əliyev bölgələrdə sənaye mərkəzlərinin yaradılmasını milli vəzifə kimi bir daha qarşıya qoydu. Lakin 2012-ci ildə Bakı Biznes Mərkəzində böyük bir lider istedadı ilə belə strateji vəzifələri müəyyənləşdirərkən ölkə rəhbəri bütün komanda üzvlərini, xüsusilə yerli hakimiyyət təmsilçilərini sovet partiya komitəsinin katibi ədasından çıxmağa çağırmışdı.

O müşavirədən nəticə çıxarsaydıq, indi postneft dövründə kəndlərə və torpağa üz tutmağı qərar verən adamlar gedib icra hakimiyyətindən iş istəməzdilər. İndi adamları daha mədəni və xoşrəftarla qarşılayıb yeni dövrün reallıqlarını izah etmək, özünün əsil “böhran menecerləri” kimi aparmaq lazımdır. Yoxsa, icra nümayəndiliyini və bələdiyyəni qarşısına qatıb otaqdan direktiv tapşırıqlar verməklə, yaxud hamını özünə borclu saymaqla sən müasir dövrün çağırışlarına cavab verə bilməzsən.

İstənilən Avropa ölkəsində kiçik şəhərlərin büdcəsi bir neçə milyard dollara bərabərdir. Yaxşı, deyək ki, Nyu Yorkun ənənəsi və böyük sənaye gücü fonunda onun büdcəsinə çata bilmərik? Xatırladım ki, rəqəm 70 milyard dollara yaxındır. Hər halda köhnə Avropanın mədəni sərvətlərini daşıyan Paris 17 milyard, Madridsə 7 milyard büdcəyə sahibdir. Bizim rayonların yalnız 6-nı çıxmaq şərtilə paytaxtın boynuna yük olub hələ də sovet planlaşdırılması stilində davranan adamlar heç olmasa 100 milyon manatlıq bir regional büdcəyə nə vaxt sahib olacaqlar? Deməli, büdcəni ölkənin bütün coğrafiyasından qazanmaq üçün yerli əməyi və vətəndaş təşəbbüskarlığını tanımalısan, hüquq prinsiplərini birinci yerə qoymalısan. Bizdə isə bütün yerli qurumlar yanvarın 25-ni səbirsizliklə gözləyir ki, büdcə vəsaitləri bölgələr üçün nə vaxt axacaq.

Neft sindromu təkcə Xəzər dənizinin dibində deyil, hamımızın qafasında ağlı və zəkası, qızıl əlləri ilə məhsul bolluğu və sosial rifah yaradacaq insanlardan da uzaq salıb. Ona görə hər rayon rəhbəri gözünü tikdiyi uşaq bağçasının müdirinin və kollektivinin pulunu yeyərkən bilməlidir ki, o, bizləri neftdən daha çox asılı edir. Axı bütün Azərbaycanda dövlət baxça və tibb məntəqəsini özü niyə tikməlidir ki, başçı ora adam təyin eləsin? Hər bir sahibkar o yükü dövlətdən götürərsə, paytaxta axın da baş verməz və biz aqrar mədəniyyətimizi, təsərrüfat səriştəmizi də itirmərik.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___