Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tovuzda film kimi olay: Öldürüldüyü deyilən qız evə necə qayıtdı?
Tarix: 15-01-2016 | Saat: 13:50
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Tovuzda film kimi olay: Öldürüldüyü deyilən qız evə necə qayıtdı?
Araşdırmalar davam etdirilir

Tovuz rayonunda yoxa çıxan 21 yaşlı qızın 3 gün sonra qeyri-adi şəkildə tapılması böyük maraq doğurub.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əyyublu kənd sakini, 21 yaşlı Məhərrəmova Zülfiyyə Nizami qızı ata babasına məxsus olan və heç kimin yaşamadığı tikilidən tapılıb. O, 4 gün əvvəl yaşadığı evdən çıxaraq 250-400 metr məsafədəki həmin evə sığınıb.

Gənc qızın evdən niyə qaçmasına gəlincə, məlum olub ki, bir neçə gün əvvəl onun özündən 1 yaş kiçik olan qardaşı Anar Məhərrəmov evdən sevgi məktubu tapıb. Gənc oğlan məktubun bacısına məxsus olduğunu görüb və Zülfiyyəni döyüb. Daha sonra isə A.Məhərrəmov evdən çıxıb. Qardaşının evə qayıdandan sonra onu daha pis döyəcəyindən, evdə söz-söhbətin böyüyəcəyindən qorxan qız qaçmaq qərarına gəlib və evdən çıxıb.

Hadisə ilə bağlı polisə ilkin məlumat daxil olandan sonra evə baxış keçirilib və mənzildə qan damcıları tapılıb. Bu fakt gənc qızın qardaşı tərəfindən öldürülməsi şübhəsini artırıb. Lakin Z.Məhərrəmova tapılandan sonra onun qol nahiyəsində kəsik aşkarlanıb və məlum olub ki, o, evdən qaçmazdan əvvəl intihara cəhd edib. Həmin vaxt qız fikrindən daşınaraq evdən qaçmağı üstün tutub.

O da bildirilir ki, gənc qızın itkin düşməsindən sonra Eyyublu kəndində çoxlu söz-söhbətlər yayılıb. Qızın qardaşı tərəfindən öldürülməsi və kənd qəbiristanlığında basdırılması barədə şaiyələr yayılıb. Lakin polisdə ifadə verən A.Məhərrəmov dəfələrlə bildirib ki, bacısına bir-iki şillə vurmaqdan başqa ona heç nə etməyib.

Hazırda Z.Məhərrəmova həkim nəzarəti altındadır və ona sakitləşdirici iynələr vurulub.


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___