Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayev gürcülərlə razılığa gəlmədi
Tarix: 13-01-2016 | Saat: 22:16
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Rövnəq Abdullayev gürcülərlə razılığa gəlmədi
Tiflisdə Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və baş nazirin müavini, energetika naziri Kaxa Kaladze arasında qaz danışıqları başa çatıb.

Xeberaz.az virtualaz.org-a istinadən xəbər verir ki, görüşün başa çatmasının ardınca jurnalistlərə açıqlama verən Kaxa Kaladze Azərbaycanın Gürcüstanda qaz qıtlığını aradan qaldırmaq imkanında olmadığını bir daha bildirib.

“Qaz qıtlığını bu il Azərbaycandan alınan qazla aradan qaldırmaq mümkün olmayacaq”-Kaladze deyib. Onun sözlərinə görə, buna baxmayaraq tərəflər kommersiya istehlakçıları üçün yeni tarif planı üzərində işə başlayıblar.

Kaladze deyib ki, Azərbaycandan qaz nəqlini artırmaq üçün tərəflərin müvafiq investisiyalarla texniki baxımdan dəstəklədiyi yeni müqavilə lazımdır. Və tərəflər buna hazırdır. Onun sözlərinə görə, söhbət SOCAR-ın iştirakı ilə qaz nəqlinin artırılmasından gedir. Kaladze 2016-cı ildə birgə layihə çərçivəsində qaz kəmərinin tikintisinin başlayacağını deyib. 2019-cu ildən isə “Şahdəniz” müqaviləsinin ikinci fazası işə düşəcək.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___