Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zavodda kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Tarix: 13-01-2016 | Saat: 12:53
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Zavodda kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
İstintaq tədbirləri davam etdirilir.

Bakıda kütləvi zəhərlənmə olub.

Bakı şəhər Prokurorluğundan mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexində fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənərək xəstəxanaya yerləşdirilmələri barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında Nərimanov rayon prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___