Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dollar kəskin ucuzlaşdı, satış dayandı: “Qara bazar“ fəallaşdı
Tarix: 09-01-2016 | Saat: 18:10
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Dollar kəskin ucuzlaşdı, satış dayandı: “Qara bazar“ fəallaşdı

Bu gün dollar bazarında böyük çaşqınlıq yaşanır. Valyutadəyişmə məntəqələrində dollar satışı dayanıb. "Exchange"lər ümumiyyətlə, bağlanıb

Musavat.com-un əməkdaşı bu gün "28 May" küçəsində yerləşən valyutadəyişmə məntəqələrində müşahidə aparıb.

Əvvəlcə əksər "exchange"lərin bağlandığı məlum olub. Açıq olan bəzi valyutadəyişmə məntəqələri isə yalnız dollar alışını həyata keçiriblər.

Dolların alış qiyməti 1.56 manat təşkil edir. Bu isə dünənlə müqayisədə kəskin ucuzlaşma deməkdir. Dollar dünən Bakıda 1.80 manata satılırdı.

"Kredit Yunayted Bank" və "Zaminbank"da dolların satış qiyməti 1.62 manat göstərilib. Lakin hər iki bankdan dollar satışı əməliyyatının dayandırıldığı da bildilib.

"Zaminbank"ın əməkdaşı həftənin birinci günü dolların satış qiymətinin 1.62 manat olacağını və həmin gün dollar almaq üçün müraciət edilməsini məsləhət gördü.

Qeyd edək ki, dünən - yanvarın 8-də dollarin qiyməti gün ərzində 3 dəfə sürətlə yüksəlmişdi. Gün sonunda dollar 1.86 manatadək bahalaşmışdı.

Valyutadəyişmə məntəqələrinin işləməməsi "qara bazar"ın fəallaşmasına zəmin yaradıb. Hazırda insan sıxlığının müşahidə olunduğu "28 May" ərazisində əllərində dollar satan şəxslər peyda olub. Onlar dolları 1.80 manata təklif edirlər.

Söhbətləşdiyimiz şəxslər dollar alacağımız təqdirdə, 1.79 manata da razılaşacaqlarını dedilər.

Onu da əlavə edək ki, dünən banklarda dollar satışına limit qoyulmuşdu. 500 dollardan artıq alan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunurdu. Bir nəfərə isə 1000 dollardan artıq verilmirdi.

Xatırladaq ki, Mərkəzi Bank 8 yanvar üçün dolların məzənnəsini 1.564 manat olaraq, göstərmişdi.


Xəbəri paylaş

9978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___