Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı
Tarix: 09-01-2016 | Saat: 18:06
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı
Bankın yeni hesabatı.

2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 744 milyon manat kredit qoyuluşunun 7 milyard 530 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub.

Xeberaz.az -ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayının yekunlarına aid açıqladığı hesabatda deyilib.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəksisi isə son bir ayda 40,7%-dən 40,2%-ə düşüb.

Verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az nə çox 44% olub.

Qeyd edək ki, ötən ilin əvvəlindən istehlak kreditlərinin həcmi 201,8 milyon manat və ya 2,61% azalıb.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___