Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ünvanlı sosial yardımın təyinatı sadələşdiriləcək
Tarix: 09-01-2016 | Saat: 02:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Ekskluziv | çapa göndər

Ünvanlı sosial yardımın təyinatı sadələşdiriləcək
Şirift ölçüsü:

Azərbaycanın 12 dövlət strukturu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) inteqrasiya edilib.

Bu barədə Xeberaz.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Ünvanlı sosial yardım mexanizminin elektronlaşdırılaraq təkmilləşdirilməsi sosial təminatın yaxşılaşdırılmasına yönələn ardıcıl islahatlardan biridir. Belə ki, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 23 fevral 2015-ci il tarixdə ölkə başçısı tərəfindən imzalanmış Fərman üzrə sosial yardımın ünvanlanması prosesi Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə aparılacaq. Ümumilikdə, prosesin təşkili Fərman əsasında "Elektron hökumət" portalı üzərindən reallaşacaq.

Bununla əlaqədar, portalın operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxslərinin və digər qurumların iştirakı ilə dəfələrlə görüşlər keçirilib, Alt Sistemi formalaşdıracaq çoxşaxəli infrastrukturun təşkili üzrə birgə müzakirələr aparıllb.

Fərmanın 3.3 bəndində qeyd edildiyi kimi, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə "Elektron hökumət” portalı ƏƏSMN-nin aşağıda göstərilən dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin edəcək:

1. Daxili İşlər Nazirliyi

2. Müdafiə Nazirliyi

3. Ədliyyə Nazirliyi

4. Vergilər Nazirliyi

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6. Kənd Təsərrüfatı Nazirliyi

7. Təhsil Nazirliyi

8. Səhiyyə Nazirliyi

9. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

10. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

11. Dövlət Statistika Komitəsi

12. Əmlak Məsələləri Dövlət Komitəsi

13. Dövlət Miqrasiya Xidməti

14. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

15. Dövlət Sosial Müdafiə Fondu

16. Mərkəzi Bankı

17. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

18. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

19. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti

20. Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi

Fəaliyyətin bir istiqaməti, yuxarıda göstərilən tam olaraq 20 dövlət qurumunun mülkiyyətində olan informasiya sistemlərindən müxtəlif servislərinin VEMTAS sisteminə inteqrasiyasıdır.

1. Daxili İşlər Nazirliyi

2. Ədliyyə Nazirliyi

3. Vergilər Nazirliyi

4. Təhsil Nazirliyi

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - burada yalnız Aztelekom, Baktelekom abunəçiləri haqda məlumat verilir. Digər fiks operatorlar və mobil operatorlarla bu istiqamətdə işlər aparılır.

7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

9. Dövlət Sosial Müdafiə Fondu

10. Mərkəzi Bankı

11.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

12. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası başa çatdırılıb.

Digər qurumlardan da "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və SOCAR ilə hazırda işlər aparılır.
MHM-dən daha əvvəl Trend-ə verilmiş məlumata görə, ünvanlı sosial yardım almaq üçün müraciət etmiş şəsxlərin ödəniş qabiliyyətinin qiymətləndirilməsinin yeni metodu fevralın 1-dən tətbiq ediləcək.

Məqsəd həm də, vətəndaşın maddi-məişət şəraitinin düzgün dəyərləndirilməsi üçün, onun ödəniş qabiliyyətinin müəyyənləşdirilməsidir. Bu sahədə mobil operatorlarla bir neçə dəfə görüşlər keçirilib. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciətçinin illik mobil ödənişlərinin portal üzərindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Belə ki, müraciətçinin FİN-i və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən "Elektron hökumət” portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək (daşınmış nömrələr nəzərə alınmaqla) servis vasitəsilə aidiyyatı mobil operatorlara ötürüləcək.

Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 il ərzində aparılmış ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq.

Portala qoşulan bu sistemlər vasitəsilə ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın gəlirləri, hətta aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılacaqdır. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.

Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___