Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Eldar Sabiroğlunun istefa verən oğlu Baş Prokurorluğa çağırıldı
Tarix: 06-01-2016 | Saat: 00:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Eldar Sabiroğlunun istefa verən oğlu Baş Prokurorluğa çağırıldı
Keçmiş müstəntiq, prokurorluq orqanlarından bəyanat verib istefaya gedən Rüfət Səfərov (YAP üzvü Eldar Sabiroğlunun oğlu) Baş Prokurorluğa izahat verməyə çağırılıb. Bu barədə R.Səfərov özününü “Feysbuk” səhifəsində məlumat verib.

Xeberaz.az modern.az-a istinadən məlumatına görə, Rüfət Səfərov bildirib ki, onu Baş Prokurorluğa qurumun Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev dəvət edib.

Z.Əliyev R.Səfərovun mobil telefonuna zəng vuraraq ona “izahat vermək” üçün Prokurorluğa gəlməli olduğunu deyib. Bildirib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir.

R.Səfərov bu dəvəti qanunsuz sayır və ona əsasən Baş Prokurorluğa getmək fikrində olmadığını deyir.

“Bu, artıq komediyadır. Baş Prokurorluğun Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev istifadəmdə olan mobil telefona zəng edərək, izahat vermək məqsədilə dəvət edib. Deməyinə görə, icraatımda olmuş bir neçə materaial və cinayət işində qanunazidd hallar müəyyən edilib, odur ki, izahat vermək zərurəti yaranıb. Hazirda həmin müəllim mənim zəngimi gözləyir.

Zaur müəllim və digər məsul vəzifəli şəxslərdən soruşuram: Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan kompüteri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___