Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çindən təhlükəli addım: Dünyada güc balansı dəyişir
Tarix: 04-01-2016 | Saat: 20:57
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Çindən təhlükəli addım: Dünyada güc balansı dəyişir

Çin ilk dəfə təyyarə daşıyan gəminin inşasına başlayıb.

Çinin orduda yeni islahatlara əl atması dünyada güc balansının dəyişəcəyindən xəbər verir.

Çin ordusunda yeni qoşun komandanlıqları da yaradılacaq. Çinin donanmaya məxsus gəmilərin müasirləşdirilməsi istiqamətində atdığı addımlar ABŞ və Yaponiyanın da narahatlığına səbəb olub.

Qeyd edək ki, Çin yeganə təyyarə daşıyan "Varyaq" gəmisini 2001-ci ildə Ukraynadan almışdı. Bu gəmi ilə Çin dənizlərdə iddiasını ortaya qoymuşdu.

Çin mediasında yer alan məlumatlara görə, ölkənin şimalında yerləşən "Dalian" zavodunda inşa olunacaq yeni təyyarə gəmisinin çəkisi 50 min ton olacaq. Bu təyyarə gəmisi Çin texnologiyasından istifadə edilməklə hazırlanacaq.

Çinin Hərbi Dəniz Qüvvələri son illərdə yeni müharibə platformalarını donanmaya əlavə edir. Xüsusilə nüvə tutumuna malik hərbi vasitələri, eləcə də sualtı gəmiləri dəniz donanmasına qatır.

Çinin nümayiş etdirdiyi yeni silahlardan biri də DF seriyasına malik DF-16 raketidir. Bu raketlə Çin Tayvanı təhdid altında saxlayır. Həmçinin, 5 min kilometr mənzilli DF-26 ABŞ-ın Quam hərbi bazasını vurmaq gücünə sahibdir.


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
9-07-2019, 13:03 Qəza oldu, yol bağlandı

bütün xəbərlər
____ Instagram ___