Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək
Tarix: 05-04-2015 | Saat: 16:46
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək
“Səfər zamanı Bakıda əczaçılıq sənayesi üzrə forum-sərgi keçiriləcək”.

Əczaçılıq sahəsi Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın perspektiv istiqamətlərindən biridir.

Xeberaz.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev deyib.

O, qeyd edib ki, Rusiya həm dərman preparatlarının, həm də tibbi avadanlıqlar və texnikanın istehsalında yaxşı potensiyala malikdir: “Hazırda Azərbaycanda tibbi xidmətlər göstərən, dərman preparatları və tibbi avadanlıqların gətirilməsi ilə məşğul olan bir sıra Rusiya şirkətləri fəaliyyət göstərir”.

E.Tlyabiçevin sözlərinə görə, 2015-ci ilin mayında Bakıya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun səfəri gözlənilir:

“Bu səfər zamanı Bakıda əczaçılıq sənayesi üzrə forum-sərgi keçiriləcək. Həmçinin Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında sazişin imzalanması gözlənilir. Denis Manturovun səfərinə hazırlıq məqsədilə gələn həftə Bakıya onun müavini Sergey Tsıb gələcək”.


Xəbəri paylaş

5938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___