Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə Səudiyyə Ərəbistanın liderliyi ilə – “İslam NATO”su yaradılır
Tarix: 01-01-2016 | Saat: 23:49
Bölmə:M / Karusel / Dünya / Araşdırma | çapa göndər

Türkiyə Səudiyyə Ərəbistanın liderliyi ilə – “İslam NATO”su yaradılır
Türkiyə Səudiyyə Ərəbistanın liderliyi ilə yaradılan İslam İttifaqında yer alacaq.

Xeberaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu Türkiyənin Ər-Riyadda qurulacaq mexanizmin bütün mərhələlərində, o cümlədən hərbi mərhələdə iştirak edəcəyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada son səfərini şərh edən SETA Fondunun Ankara koordinatorunun müavini Muhittin Ataman TRT kanalına verdiyi müsahibəsində iki ölkənin bir-birinə ehtiyac duyduğunu söyləyib: “Suriya böhranında iki ölkə eyni cəbhədə yer alıb. Əsəd rejiminin getməsini ən çox bu iki ölkə istəyir. İranın “altılıq”la imzaladığı nüvə razılaşması hər iki ölkədə narahatlıq mənbəyi oldu. Razılaşma Səudiyyə Ərəbistanı və Türkiyənin Qərb üçün əhəmiyyətinin azaldığı anlamına gəlirdi. Qərb bu üç ölkəni eyni anda dəstəkləmir. Rusiyanın Suriya lehinə döyüş meydanına enməsi də bu iki ölkə arasında bağları daha da artırdı”.

Türkiyəli ekspert İraq, Suriya və Yəməndə dövlətin, Qətərdən başqa körfəz ölkələrində isə vəziyyətin qənaətbəxş olmadığını deyib: “Bölgədəki mövqelərini möhkəmləndirmək üçün Səudiyyə Ərəbistanı və Türkiyənin bir-birinə ehtiyacı var. Çox həssas nöqtədəyik”.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___