Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev metroda (FOTO)
Tarix: 28-12-2015 | Saat: 16:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev metroda (FOTO)


Prezident İlham Əliyev dekabrın 28-də "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.

Xeberaz.az-in məlumatına görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.

Baş nazirin müavini Abid Şərifov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat verdilər. Qeyd edildi ki, "Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan "Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə qərar verilib və artıq inşaat işləri başa çatıb. "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Dövlət başçısı "Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxıb.

"Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı Metropoliteni üçün əhəmiyyətli hadisələrdəndir. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir. Metronun dərin özüllü yeddi stansiyasından biri olan "Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət Proqramında da xüsusi bəndlə qeyd olunub. Stansiyanın dörd çıxışından ikisi AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, digəri isə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətindədir.

Sonuncu çıxış Bakı Dövlət Universitetinə istiqamətlənib.

Xatırladaq ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 48 ildə böyük inkişaf yolu keçərək 23 stansiya və 34,6 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metropolitenin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu Öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya vardısa, 1969-cu ildən sonra stansiyaların sayı 14-ə çatdırıldı, 21 kilometr metro xətti inşa edilərək istismara verildi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə metro tikintisinə ayrılan vəsaitlər hesabına "Nəsimi”, "Azadlıq prospekti”, "Dərnəgül” stansiyaları və "28 May” stansiyasının ikinci çıxışı istismara verilib. "İçərişəhər” və "Koroğlu” stansiyaları yenidən qurulub. Hazırda metronun yeni stansiyalarının tikintisi davam etdirilir. Bundan başqa, metropolitenin qatar parkı da yenilənir. Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Diaqnostika Kompleksinin yaradılmasıdır.

Onu da deyək ki, "Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)
İlham Əliyev metroda (FOTO)


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___