Ana Sayfa > M2 / Təbriklər > Rusiyanın “Eurovision” təmsilçisi o seçildi

Rusiyanın “Eurovision” təmsilçisi o seçildi


12-03-2015, 00:25. Yazar: Xeberaz
Rusiyanın “Eurovision” təmsilçisi o seçildi

Müğənni Polina Qaqarina Rusiyanı 60-cı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək.


Xeberaz.az xəbər verir ki, onun namizədliyinin təsdiqlənməsi ilə bağlı məlumatı Rusiyanın “Birinci kanal”ı yayıb.

Polina Qaqarina “Fabrika zvezd” mahnı müsabiqəsinin qalibi, Yurmalada keçirilən “Yeni dalğa” yarışının laureatıdır.

Müğənninin 2 solo albomu var. O, üçüncü ingilisdilli disk üzərində işləyir.

Qeyd edək ki, builki “Eurovision” 19-21 mayda, Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarışmanın final günü isə mayın 23-nə təyin edilib.





Geri dön