Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Azərbaycanda 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub

Azərbaycanda 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub


26-12-2015, 15:07. Yazar: Xeberaz
Azərbaycanda 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub
13 əcnəbiyə orqan köçürülüb.

Azərbaycanda artıq 25 uşağa sümük iliyi köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xeberaz.az-a verilən məlumata görə, Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına 2014-cü ildən başlanılıb.

Nazirlikdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub, 391 uşağın üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib.

Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.

2015-ci il ərzində 81 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Geri dön