Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda “ciyər axşamı”nda qətl – FOTO

Bakıda “ciyər axşamı”nda qətl – FOTO


26-12-2015, 11:36. Yazar: Xeberaz
Bakıda “ciyər axşamı”nda qətl – FOTO
Qohumlar arasında mübahisə düşüb.

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, toydan bir gün əvvəl təşkil olunan “ciyər axşamı”nda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub.

Hadisə Saray qəsəbəsindəki Rövşən Nəbiyev küçəsi 23 ünvanında qeydə alınıb.

Belə ki, xeyirli işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı” məclisi təşkil ediblər.

Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib.

Mübahisə zəminində Arif Ağayev bıçaqla öz qohumunu vurmaq istəyərkən ev sahibinin qayını, 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa çalışıb. Ancaq bu zaman bıçaq Əlibalanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə isə, o, Əlibala Məmmədovun öldüyünü görəndən sonra hadisə yerini tərk edib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək, tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Bakıda “ciyər axşamı”nda qətl – FOTO
Bakıda “ciyər axşamı”nda qətl – FOTO
Bakıda “ciyər axşamı”nda qətl – FOTO
Geri dön