Ana Sayfa > Karusel / Dünya / M2 > “Ceyşül əl-İslam”ın lideri öldürüldü

“Ceyşül əl-İslam”ın lideri öldürüldü


26-12-2015, 00:12. Yazar: Xeberaz
“Ceyşül əl-İslam”ın lideri öldürüldü

Onunla birlikdə daha 7 səhra komandiri məhv edilib

Suriyada Dəməşqin şərqində fəaliyyət göstərən ən iri terror təşkilatı “Ceyşül əl-İslam”ın başçısı Zəhran Alluş və daha yeddi səhra komandiri məhv edilib.

Bu barədə RİA Novosti-yə Suriya milli ordusundakı mənbələrdən məlumat verilib.

“Bizim şərq qutasındakı (balaca şəhər) adamlarımız təsdiq ediblər ki, Alluş avizərbə zamanı məhv edilib... Onunla birlikdə daha 7 səhra komandiri və onlarla döyüşçü öldürülüb. Aviazərbələr Otaya qəsəbəsinə endirilib”, - agentliyin mənbəsi bildirib.
Geri dön