Ana Sayfa > Karusel / Hadisə / M2 > 2 "VAZ" toqquşdu, 2 yaralı

2 "VAZ" toqquşdu, 2 yaralı


25-12-2015, 16:28. Yazar: Xeberaz
2 "VAZ" toqquşdu, 2 yaralı

Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Əyyam Şöhlət oğlu Şıxıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə dönmə əməliyyatını yerinə yetirən "VAZ 2106" markalı minik maşını toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobil elektrik dirəyinə çırpılıb. Sürücü Əyyam Şıxıyev və avtomobildəki sərnişin, 1956-cı il təvəllüdlü Akif Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön