Ana Sayfa > Karusel / İdman / M2 > Mehriban Əliyeva Federasiya prezidenti seçildi

Mehriban Əliyeva Federasiya prezidenti seçildi


25-12-2015, 12:42. Yazar: Xeberaz
Mehriban Əliyeva Federasiya prezidenti seçildi
Növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Xeberaz.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.
Geri dön