Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Rəis müavini rüşvət üstündə tutuldu

Rəis müavini rüşvət üstündə tutuldu


25-12-2015, 11:15. Yazar: Xeberaz
Rəis müavini rüşvət üstündə tutuldu
Əməliyyat keçirilib.

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb.

SHXÇDX-nın Füzuli rayon şöbəsindən Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.
Geri dön