Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə / M2 > Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb İstintaq aparılır.

Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb İstintaq aparılır.


4-04-2015, 15:12. Yazar: Xeberaz

Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb İstintaq aparılır.


Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

Xeberaz.az -ın məlumatına görə, bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə “Loğman” klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Geri dön