Ana Sayfa > Karusel / Hadisə / M2 > Maşın traktorla toqquşdu, 1 ölü

Maşın traktorla toqquşdu, 1 ölü


24-12-2015, 10:41. Yazar: Xeberaz
Maşın traktorla toqquşdu, 1 ölü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Xeberaz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcabədi rayonunda, Ağcabədi-Zərdab yolunun 7-ci kilometrliyində "SAİPA" markalı minik avtomobili ilə “MTD” markalı traktorun toqquşması barədə məlumat daxil olub. Nəticədə, minik avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Geri dön