Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > “Rəqsanəyə fantastik cərimə - 104 min manat

“Rəqsanəyə fantastik cərimə - 104 min manat


23-12-2015, 14:39. Yazar: Xeberaz
“Rəqsanəyə fantastik cərimə  -  104 min manat
Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb.

Xeberaz.az xəbər verir ki, bu barədə Lent.az-a müğənnin özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb: “Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.
Geri dön