Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya / Texnologiya > “Google” süni intellekt funksiyalı messencer yaradır

“Google” süni intellekt funksiyalı messencer yaradır


23-12-2015, 12:55. Yazar: Xeberaz
“Google” süni intellekt funksiyalı messencer yaradır
“Google” şirkəti süni intellekt funksiyalarından istifadə edilə biləcək yeni messencer tərtib edir.

bu barədə “Wall Street Journal” nəşri etibarlı mənbələrə istinadən yazıb.

Hazırda şirkətin “Hangouts” və “Messenger” kimi məlumatların mübadiləsi sistemləri “Facebook”a məxsus “WhatsApp” və Çinin “WeChat” əlavələrindən olduqca geri qalır. Mənbənin sözlərinə görə, “Google” şirkəti məhsulun daxilinə əlavənin daxilində istifadəçilərin sorğularına cavab verən robotla təchiz etmək fikrindədir. Yəqin ki, insanlar “Google” axtarış mexanizminin köməyi ilə brauzerə keçmədən informasiya almaq imkanları əldə edəcəklər.

Xidmətin istifadəyə veriləcəyi tarix və onun adı haqqında hər hansı məlumat yoxdur. Nik Foks komandası tərəfindən aparılan tərtibat artıq bir ilə yaxındır davam edir. İKT.lent.az
Geri dön