Ana Sayfa > Karusel / Hadisə / M2 > Günəşdə güclü partlayışlar baş verib

Günəşdə güclü partlayışlar baş verib


22-12-2015, 22:05. Yazar: Xeberaz
Günəşdə güclü partlayışlar baş verib
Onlardan bəziləri koronal kütlə atımı ilə müşayidə edilib.

Dekabrın 21-də Günəşdə koronal kütlə atımı ilə müşayidə edilən yüksək və orta səviyyəyəli bir neçə partlayış baş verib.

Xeberaz.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə akademik E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında bildirilir.

“Günəşin diskində 3 qrup ləkə müşahidə olunub. 2472-ci qrupda koronal kütlə atımı ilə müşayidə edilən 19 dəqiqə müddətində M2.8 və М1.1/1N partlayışları qeydə alınıb.

Sutka ərzində Günəşdə C sinfinə aid olan və koronal kütlə atımı ilə müşayidə edilən bir neçə güclü partlayış baş verib. Onlardan ən güclüsü 2472-ci qrupda С9.1 partlayışıdır.

Güclü partlayışlar planetimiz istiqamətində yönəlməyib və bu səbəbdən Yerdə maqnit qasırğaları gözlənilmir”, - məlumatda deyilir.
Geri dön