Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq


22-12-2015, 21:51. Yazar: Xeberaz
Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
“Azəriqaz” İB məlumat yaydı.

Bakı şəhərinin Xətai və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, diametri 530 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yaşayış binasına yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 23-də saat 10-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi və ətraf ərazilərində, həmçinin Sabunçu rayonunun Maştağa, Pirşağı, Kürdəxanı və Bilgəh qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Geri dön