Ana Sayfa > Karusel / Dünya / M2 / Fotogalereya > Moskva səması bağlanır

Moskva səması bağlanır


4-04-2015, 01:51. Yazar: Xeberaz
Moskva səması bağlanır
Moskva səması aprelin 6, 8 və 10-da Qələbə paradından əvvəl təyyarələrin təlim məşqləriylə əlaqədar bağlanacaq.

"Paradda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin aviasiya qruplarının hazırlığı üçün Moskva ətrafı "Alabino" meydançasında aprelin 6, 8 və 10-da birinci tam tərkibli məşqlər keçiriləcək. Rusiya Hərbi Hava Qüvvələrinin Baş Qərargahının sorğusu üzrə göstərilən günlərdə Moskva hava məkanında uçuşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bütün hava gəmilərinin uçuşlarına məhdudiyyətlər qoyulacaq", - deyə xəbərdə bildirilir.

Moskva aeroportlarının hava məkanı "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" bu günlərdə səhər saatlarında bir saat təyyarələrin uçuşu olmayacaq.
Geri dön