Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Əsas malların ixracında azalmalar belə olub

Əsas malların ixracında azalmalar belə olub


22-12-2015, 15:04. Yazar: Xeberaz
Əsas malların ixracında azalmalar belə olub
Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34.73 faiz azalıb

Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal əməliyyatları 1.03 faiz artsa da, ixrac əməliyyatları 48.73 faiz azalıb.

Əsas malların ixracında azalmalar belə olub:

Xam neft – 53.01 %

Neft məhsulları – 45.62%

Təbii qaz – 27.11 %

Çay – 36.17%

Bitki və heyvan mənşəli piy və yağlar – 21.42%

Şəkər – 5,58%

Spirtli və spirtsiz içkilər – 17.84%

Plastmas və onlardan hazırlanan məmulatlar – 29.17%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 49.47%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 20.89%.

İxracda əsas mallardan kimya sənayesi məhsulları 20.69%, meyvə-tərəvəz – 3.99%, alüminium və ondan hazırlanan məmulatlar 3.81% artıb.

İdxalda isə artım belə olub:

Ət – 0.11%

Meyvə-tərəvəz – 129.63%

Buğda – 4.10%

Əczaçılıq məhsulları – 18.74%

Oduncaq və ondan hazırlanan məmulatlar – 79.66%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 66.98%

Nəqliyyat vasitələri və onların hissələri – 49.74%

Bir sıra məhsulların idxalında azalmalar da diqqət çəkir: süd – 17.21%, kərəyağı – 10.05%, şəkər – 35.6 %, neft məhsulları – 54% və s.
Geri dön