Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı

Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı


3-04-2015, 23:54. Yazar: Xeberaz

Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı

Ona klubun bazasını tərk etmək tapşırılıb.

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun düşərgəsinə qayıdıb.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, o, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində “Adana Dəmirspor”la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.

Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.

Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir.
Geri dön