Ana Sayfa > Karusel / Dünya / M2 > Qorbaçov avtomobil qəzasına düşdü

Qorbaçov avtomobil qəzasına düşdü


3-04-2015, 23:31. Yazar: Xeberaz
Qorbaçov avtomobil qəzasına düşdü
“Heç bir narahatlıq yoxdur”.

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun olduğu avtomobil Moskvanın şimalında qəzaya düşüb.

Xeberaz.az ANS PRESS-ə istinadən xəbər verir ki, qəza nəticəsində Qorbaçov xəsarət almayıb.

Yol-nəqliyyat hadisəsindən dərhal sonra Qorbaçov üçün daha bir maşını göndərilib və o, müstəqil şəkildə avtomobilə minərək yoluna davam edib.

Qorbaçov özü yol-nəqliyyat hadisəsi faktını təsdiq edib və vurğulayıb ki, heç bir narahatlıq yoxdur.

Qorbaçovun sözlərinə görə, o, və sürücüsü qəza nəticəsində zərər çəkməyib. Bundan başqa, keçmiş siyasətçi vurğulayıb ki, qəza onun qrafikinə təsir etməyib.
Geri dön