Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Emin Ağalarov “Tarqovu”da çıxış edəcək

Emin Ağalarov “Tarqovu”da çıxış edəcək


19-12-2015, 13:42. Yazar: Xeberaz
Emin Ağalarov “Tarqovu”da çıxış edəcək
Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına qatılacaq.
Xeberaz.az-ın “qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.

Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.
Geri dön