Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > Başını kəsib qadının , evinə od vurdular Samuxda

Başını kəsib qadının , evinə od vurdular Samuxda


19-12-2015, 13:13. Yazar: Xeberaz

Başını  kəsib qadının , evinə od vurdular Samuxda
Xeberaz.az-ın RegionTV-yə istinadan məlumatına görə, yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.

L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar.

Geri dön