Ana Sayfa > Karusel / İdman / M2 > “Barselona” yeni ulduzunu Braziliyada tapdı

“Barselona” yeni ulduzunu Braziliyada tapdı


19-12-2015, 09:31. Yazar: Xeberaz
“Barselona” yeni ulduzunu Braziliyada tapdı
“Barselona” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Xeberaz.az saytının “sport.es”ə istinadən məlumatına görə, kataloniyalılar Braziliyanın “Fluminense” klubunun hücuma meyili yarımmüdafiəçisi Robert Qonçalveslə yaxından maraqlanır.

Mənbə iddia edir ki, 19 yaşlı futbolçu əvvəlcə icarə əsasında komandaya qoşulacaq. Daha sonra isə klub istəsə, 7 milyon avro ödəyərək oyunçunun transfer hüququna tam sahib ola biləcək.

Keçidin bir neçə gün içində rəsmi olaraq açıqlanması gözlənilir.
Geri dön