Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda 29 yaşlı kişi qətlə yetirildi

Bakıda 29 yaşlı kişi qətlə yetirildi


19-12-2015, 09:29. Yazar: Xeberaz
Bakıda 29 yaşlı kişi qətlə yetirildi

Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

APA-nın Xeberaz.az-a verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər.

Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir.

Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakıda 29 yaşlı kişi qətlə yetirildi
Bakıda 29 yaşlı kişi qətlə yetirildi
Bakıda 29 yaşlı kişi qətlə yetirildi
Geri dön