Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Atatürkün doğulduğu evə "molotof kokteyli" atdılar

Atatürkün doğulduğu evə "molotof kokteyli" atdılar


18-12-2015, 16:11. Yazar: Xeberaz
Atatürkün doğulduğu evə "molotof kokteyli" atdılar
Türkiyənin Yunanıstanda yerləşən Selanik Başkonsulluğunun binası qarşısında dayanan polislərə "molotof kokteyli" atıblar.

Xeberaz.az-in məlumatına görə, Atatürkün doğulduğu evin də yerləşdiyi binanın önündəki polislərə hücum üzləri maskalı şəxslər tərəfindən həyata keçirilib.

Atılan maddələrin bir qismi konsulluq binasının divarına dəyib. Hücum zamanı yaralanan olmadığı bildirilib. Üzləri maskalı təxminən 25 adamın konsulluq binasının qarşısında dayanan polislərə 15 "molotof kokteyli" atdıqdan sonra qaçdığı məlum olub. Hadisə ilə əlaqədar istintaq başladılıb.

Selanikdə Türkiyə Başkonsulluğunun önündəki polislər daha əvvəl də hücuma məruz qalmışdı
Geri dön