Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Rusiyada türk banklarına polis basqını

Rusiyada türk banklarına polis basqını


18-12-2015, 15:16. Yazar: Xeberaz
Rusiyada türk banklarına polis basqını
İki ölkə arasında münasibətlər gərgin olaraq qalır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filialına basqın edib.

Xeberaz.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı, Rusiyanın 20 bankına da basqın edilib.

Məlumata görə, Türkiyənin “Ziraat Bankası”nın bir şöbəsi, “Garanti Bankası”nın “Garanti Bank Moskva”, Rusiyanın “Sofiya Bankı”nı alan “İş Bankası”nın “İşBank”ı, “Fiba Holding”in “Gredit Europe”, “Yapı kredi”nin eyni adlı Moskva şöbəsi, habelə “Rusiya Sberbank”ın əsas iştirakçısı olan “Deniz bankası” da Rusiyada fəaliyyət göstərir.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:

““Çirkli pul” bəhanəsi ilə bankları narahat edirlər”.
Geri dön