Ana Sayfa > Karusel / Gündəm / M2 / Qarabağdan xəbər var > 2015-ci ilin ilk üç ayında Qarabağda 26 işğalçı həlak olub

2015-ci ilin ilk üç ayında Qarabağda 26 işğalçı həlak olub


3-04-2015, 21:02. Yazar: Xeberaz
2015-ci ilin ilk üç ayında Qarabağda 26 işğalçı həlak olub
Azərbaycan MN məlumat yaydı.

Ermənistan Silahlı Qüvvələrinin 2015-ci ildə cəbhədə verdiyi itkilərin sayı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapan rəqəmdən bir neçə dəfə çoxdur.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, hesabatda qeyd olunan 26 nəfər ErmənistanMüdafiə Nazirliyinin rəsmən açıqladığı məlumatdır. Bunlar da əsasən Ermənistandan olan çağırışçılardır. Qarabağdan olan erməni gənclərin ölümü haqda məlumatlar bu siyahıya daxil edilməyib. Halbuki, bu göstəricilər real rəqəmlərdən üç dəfə artıqdır və 70-dən çox edir.

“Ermənistan Müdafiə Nazirliyinin itkilərini ictimaiyyətdən gizlətməsinə dair kifayət qədər fakt var. Bunu Ermənistan ictimaiyyəti, ağıllı insanlar başa düşürlər. Bütün bunlara baxmayaraq, bu itkilər istənilən formada üzə çıxır. Buna ən son misal kimi, yanvarın 31-də cəbhədə mina partlayışı zamanı ölən 6 erməni hərbçi haqda məlumatı gizlətmələrini göstərə bilərəm. Hansı ki, bu fakt sonradan video görüntü ilə təsdiqini tapdı”, - deyə V. Dərgahlı qeyd edib.

V. Dərgahlının sözlərinə görə, cəbhədə yaşananların Ermənistan tərəfində yaratdığı psixoloji effekt artıq özünü göstərir:

“Xüsusilə, mart ayının 19-dan sonra erməni ictimaiyyəti öz Müdafiə Nazirliyindən və ölkəsinin rəhbərliyindən izahat tələb etməyə başlayıb”.

13:31

2015-ci ildə erməni ordusunda ölüm halları artıb və cari ilin ilk dekadasında qeydə alınmış 20 insidentdə 26 hərbi qulluqçu məhv edilib.

Oxu.Az ermənilərin epress.am saytına istinadən xəbər verir ki, bu barədə Helinski vətəndaş assambleyasının Vanadzor ofisinin apardığı araşdırmaların nəticəsi deyir.

Bu, ötən ilin eyni dövründə qeydə alınmış ölüm hallarından iki dəfə çoxdur, deyə, hesabatda qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan etmişdi ki, 2015-ci ilin ilk üç ayı ərzində Qarabağda 30-dək erməni işğalçısı məhv edilib.
Geri dön