Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Polis zabitinin atası axtarışa verildi

Polis zabitinin atası axtarışa verildi


18-12-2015, 11:04. Yazar: Xeberaz
Polis zabitinin atası axtarışa verildi
O, dələduzluqda təqsirləndirilir

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.

Ş. Fətəliyev sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: “Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”.
Geri dön