Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Özünü yandırmaq yeni internet-trendə çevrildi – VİDEO

Özünü yandırmaq yeni internet-trendə çevrildi – VİDEO


17-12-2015, 13:27. Yazar: Xeberaz
Özünü yandırmaq yeni internet-trendə çevrildi – VİDEO
ABŞ və Britaniya gəncləri arasında.

Yeniyetmələrin özlərini yandırıb və bu səhnələri videoya çəkdikləri yeni internet-trend Böyük Britaniyada artıq ilk xəsarətlərə yol açıb, The Sun qəzeti məlumat yayıb.

Xeberaz.az Gazeta.ru-ya istinadən xəbər verir ki, xəsarət alanlardan biri - dekabrın 12-də otaqda tək olarkən öz köynəyini yandıraraq videoya çəkmək qərarına gələn Oliver Şarp güclü yanıq xəsarətləri alıb.

Nəticədə isə Linkolnşir qraflığından olan 11 yaşlı oğlanın kürək dərisinin nəqlinə ehtiyacı var.

“Onun heç vaxt heç bir problemi olmayıb. O, ağıllı oğlandır və mən onun bu axmaqlığı etməyəcək dərəcədə ağıllı olduğunu düşünürdüm”, Oliver Şarpın anası Sara deyib.

Qeyd edilir ki, yeni internet-trend çərçivəsində YouTube və Facebook-a alova bürünmüş adamların əks olunduğu minlərlə videoçarx yerləşdirilib.

Tendensiyaya keçən il ABŞ-da 15 yaşlı oğlanın fleşmoba qoşularaq özünü yandırması, amma alovu söndürə bilmədiyi üçün həlak olması təkan verib.

Geri dön