Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Vergidən yayınan azərbaycanlı İnterpola verildi

Vergidən yayınan azərbaycanlı İnterpola verildi


17-12-2015, 11:23. Yazar: Xeberaz
Vergidən yayınan azərbaycanlı İnterpola verildi
Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan daha bir biznesmeni axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 57 yaşlı Nəsib Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, N. Həsənov bizneslə məşğul olurmuş.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.
Geri dön