Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Dənizdə ki gəmi toqquşdu: 6 nəfər itkin düşdü

Dənizdə ki gəmi toqquşdu: 6 nəfər itkin düşdü


17-12-2015, 11:19. Yazar: Xeberaz

Dənizdə ki gəmi toqquşdu: 6 nəfər itkin düşdü
Sinqapur boğazında yük gəmisi ilə tankerin toqquşması nəticəsində 6 nəfər itkin düşüb.

Xeberaz.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 dənizçi xəstəxanaya yerləşdirilib.

İnsident İndoneziyanın ərazi sularında, Batam adasından 11 km şimal-qərbdə baş verib.

Antiqua və Barbudanın bayrağı altında üzən yük gəmisinə ciddi ziyan dəyib. Kayman adalarında qeydə alınmış, kimyəvi maddələr daşıyan tanker isə cüzi zədələnib.

Hadisə yerində xilasedici əməliyyat davam edir.
Geri dön