Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Müsəlmanları öldürmək üçün rentgen yaradan amerikalıya hökm oxundu

Müsəlmanları öldürmək üçün rentgen yaradan amerikalıya hökm oxundu


17-12-2015, 10:25. Yazar: Xeberaz
Müsəlmanları öldürmək üçün rentgen yaradan amerikalıya hökm oxundu
O 2013-cü ildə həbs edilib.

Müsəlmanlar üçün ölümcül rentgenin hazırlanmasına kömək edən amerikalı 8 il müddətinə azadlıqdan məhrum edilib,Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir.

İstintaq qeyd edir ki, aparat zərərsiz olub, lakin müttəhim onun işlək olmasına əmindir.

57 yaşlı Erik Feyt həmçinin 2014-cü ildə terrorçulara kömək etməsini etiraf edib.

O, 2013-cü ildə əlbiri Qlendon Skott Kroufordla birlikdə həbs edilib.

Krouford kütləvi qırğın silahından istifadə etmək cəhdində günahlandırılır. Onun barəsində hökm avqusta ayında çıxarılacaq.
Geri dön