Ana Sayfa > Karusel / Hadisə / M2 > Məktəbəqədər kurs mərkəzində yanğın

Məktəbəqədər kurs mərkəzində yanğın


16-12-2015, 23:12. Yazar: Xeberaz
Məktəbəqədər kurs mərkəzində yanğın
FHN məlumat yaydı.

Paytaxtda məktəbəqədər kurs mərkəzində yanğın olub.

Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan məktəbəqədər kurs mərkəzində dəhlizin taxtadan ibarət arakəsmə divarı 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön